Kimyəvi təmizləmənin hansı fəsadları var? – Ekspert AÇIQLADIbackend

Kimyəvi təmizləmənin hansı fəsadları var? – Ekspert AÇIQLADI

Müasir dövrdə gündəlik həyat tərzimiz 10 il əvvəlki ilə müqayisədə xeyli dəyişib. Artıq bəzi vərdişlərimizi keçmişdə qoyur, dövrün çağırışlarına uyğunlaşmalı oluruq. Texnologiyanın və elmin inkişafı isə belə bir dövrdə həyatımızı daha da asanlaşdırıb. Məsələn bir toxunuşla yemək sifarişi, yaxud market alış verişimizi edə bilirik. Vaxtımızın məhdud olduğunu nəzərə alaraq bir çoxlarımız günümüzdə hətta paltar üçün kimyəvi təmizləmə xidmətlərindən yararlanır. Lakin təbii ki, bəzi suallar da yaranır. Kimyəvi təmizləmənin insan orqanizmi üçün hansısa fəsadları varmı?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını tibb üzrə ekspert, həkim Aydın Əliyev cavablandırıb.

O bildirib ki, kimyəvi təmizləmə işi standartlara uyğun olaraq icra edilməlidir:

“Bəzi insanların kimyəvi məshullara, paraşoklara, dərman preparatlarına qarşı xüsusi həssaslığı var. Belə maddələr onların dərisində allergiyaya, qızartılara, qaşınmalara səbəb olur. Ona görə də, kimyəvi təmizləmə sahəsində çalışan şəxslər diqqətli olmalıdır. Həmin paltarlar dəri ilə birbaşa təmasda olur. Bu iş mütləq öz qaydasında və standartlara uyğun olaraq icra edilməlidir”.

A.Əliyev qeyd edib ki, insan sağlamlığına təhlükə yaradan maddələrdən istifadə yolverilməzdir:

“Xüsusilə, bu preparatların keyfiyyətli olmasına diqqət etmək lazımdır. Təbii ki, ucuz və keyfiyyətsiz kimyəvi maddələrdən istifadə edənlər də var. Lakin keyfiyyətsiz təmizləyici vasitələr insan sağlamlığı üçün ciddi təhlükə yarada bilir. Bu gün Azərbaycanda çoxsaylı kimyəvi təmizləmə şirkəti fəaliyyət göstərir. Yaxşı olar ki, seçim zamanı belə məsələlərə diqqət edilsin”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*