Kimyəvi zavodda partlayış: 34 nəfər öldübackend

Kimyəvi zavodda partlayış: 34 nəfər öldü

Hindistanın cənubundakı Telanqana ştatında kimyəvi zavodda baş verən partlayış nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə ANI agentliyi polisə istinadən məlumat yayıb.

Qeyd edilib ki, onlarla yaralı xəstəxanaya yerləşdirilib. Ştat hökuməti hadisə ilə bağlı araşdırma aparılmasına dair göstəriş verib.

Bazar ertəsi səhər “Sigachi Industries” zavodunda partlayış baş verib. Bu, sənaye binasının dağılmasına və böyük yanğına səbəb olub. Qəzanın baş verdiyi yer hələ də dağıntılardan təmizlənir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*