İsrailin “Mossad” kəşfiyyat qurumu Kiprdəki terror aktının qarşısını aldığını bəyan edib.
KONKRET.az xəbər verir ki, “Mossad” bu əməliyyatın təşkilatçısını İran ərazisində qaçırdığını və dindirdiyini iddia edib.
İddiaya görə, Yusif Şahbazi Abbasəlilu adlı şəxs İslam Keşikçiləri Korpusu Kəşfiyyat Təşkilatının göstərişi ilə Kiprdə bir israilli iş adamını qətlə yetirməli imiş. Əməliyyat planı ifşa edildikdən sonra təşkilatçı İrana qaçıb.
“Mossad”ın dindirmə videosunda Yusif Şanbazi İİKK-də əsas sifarişçinin adını və əməliyyatın təfərrüatlarını açıqlayıb.
Xatırladaq ki, bundan əvvəl də Kiprdə yəhudi biznesmenə qarşı sui-qəsd planı ifşa edilib. Onun icraçısı təyin edilən azərbaycanlı Orxan Əsədov həbs olunmuşdu.
O. Əsədov hazırda Azərbaycana ekstradisiya olunub.//Yenisabah.az