Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində 2,31 ha torpaq sahəsində 5 çoxmənzilli yaşayış binasının və mühəndis-kommunikasiya şəbəkəsinin tikintisi, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması işlərinə başlayır.
KONKRET.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, Agentlik bununla bağlı hazırlıqları başa çatdırıb.
Qurum sözügedən işlərin icrasını “Amal Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib və onunla müqavilə bağlayıb.
Müqaviləyə əsasən, 5 çoxmənzilli yaşayış binasının və mühəndis-kommunikasiya şəbəkəsinin tikintisi, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması işləri 27.285.107,02 manata başa gələcək.
Xatırladaq ki, sözügedən ərazidə yaşayış kompleksinin tikintisi layihəsinin hazırlanmasına ötən il başlanılmışdı.