“Şuşa üzərində nəzarətin Azərbaycan tərəfindən ələ keçirilməsi əlamətdar bir hadisədir. Bununla da İrəvan nəinki Bakıda, həm də Moskvada müzakirə edilən bir kompromis variantlarını əldən verdi”.
KONKRET.az xəbər verir ki, bunları Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti və “Al-Monitor” qəzetinin köşə yazarı Kiril Semyonov rus mediasına verdiyi müsahibələrin birində deyib. O, daha sonra bunları vurğulayıb, “İndi Azərbaycan bütün cəbhə boyu, eləcə də Laçın və Stepanakertə hücuma keçəcək. Ermənistansa ən azı qalib imitasiya üçün mübarizəni davam edəcək. Baxmayaraq ki, Ermənistanın əks-hücum üçün qüvvəsi qalmayıb. Bütün imkanlar tükənib. Bu isə Paşinyan üçün məğlubiyyət deməkdir. Bu halda Ermənistanda ona qarşı müxalifətin güclənməsi ehtimalı da var. Amma Ermənistan üçün bu vəziyyətdə müəyyən pozitiv perspektivlər də var. Bel əki, Ermənistan qurama “Qarabağ oyunu”ndan imtina edərsə, İrəvan regional oyunçularla münasibətləri normallaşdırmaq və nəqliyyat logistikasından istifadə imkanları qazana bilər. Amma bu, Paşinyansız Ermənistan üçün keçərlidir”.
Surxay Atakişiyev,
KONKRET.az