Kişi başqa oğlanla söhbət edən sevgilisini döydü, sərnişin avtobusunu qaçırdı – CƏZAbackend

Kişi başqa oğlanla söhbət edən sevgilisini döydü, sərnişin avtobusunu qaçırdı - CƏZA

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Cəmşid Hacılının (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

KONKRET.az xəbər verir ki, pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 1500 manat cərimə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsə təyin edilən cərimə cəzası yüngülləşdirilərək 1000 manat təyin olunub.

İttiham aktına görə, Cəmşid Hacılı 11 sentyabr 2024-cü il tarixdə, saat 19 radələrində, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən avtoyuma məntəqəsinin yaxınlığında tanışı, zərərçəkmiş Malik Həsənzadə (adı, soyadı şərtidir) ilə qarşılaşıb.

Həmin vaxt təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin barəsində Abşeron Rayon Prokurorluğunda aparılan araşdırma zamanı onun iki oğlunun adını çəkdiyini bəhanə gətirərək, xuliqanlıq hərəkətləri edib.

Belə ki, Cəmşid ona ucadan nalayiq ifadələr işlədərək, küçə söyüşləri söyməklə ətrafdakı şəxslərin əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərib. Daha sonra o, qəsdən Malikin sifət nahiyəsinə yumruqla zərbə endirərək onun burun sümüyünü sındırıb.

Hadisədən sonra Cəmşid Hacılı saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*