Kişidən inanılmaz əməl: Arvadını öldürmək üçün evə ilan buraxdıbackend

Kişidən inanılmaz əməl: Arvadını öldürmək üçün evə ilan buraxdı

Hindistanda bir kişinin arvadını öldürmək üçün zəhərli ilan icarəyə götürdüyü məlum olub.

KONKRET.az xəbər verir ki, keçən il vəfat edən Utra adlı 25 yaşlı qadının şübhəli ölümünü araşdıran məhkəmə olayın inanılmaz təfərrüatlarını üzə çıxarıb.

Utra 2020-ci ilin martında evində ilan sancması nəticəsində yaralanıb və xəstəxanaya yerləşdirilib. Bu olaydan sağ çıxan bədbəxt qadın iki ay sonra – mayda bu dəfə bir kobranın hücumuna məruz qalıb və bu dəfə həyatını itirib. Məhkəmə ekspertizası qadının ilan zəhərindən öldüyünü təsdiqləyib.

Qızlarının ölümündən şübhələnən ailəsi polisə şikayət edib və hadisə ilə bağlı araşdırma başlayıb. Utranın ailəsi iddia edir ki, qızları cehiz mübahisəsinə görə ərinin ailəsi tərəfindən davamlı olaraq təzyiqlərə məruz qalıb.

Polisin araşdırmasından sonra məhkəmə qadının əri Kumarın ilan ovçusundan iki ilan icarəyə götürdüyü və arvadının üstünə buraxaraq onun ölümünə səbəb olduğuna qərar verib. Kumar hadisədən bir ildən çox müddət sonra qətl ittihamı ilə həbs edilib.

Ölkəni ayağa qaldıran hadisə ilə bağlı iş yekunlaşıb və qatil ər ömürlük həbs cəzası alıb. Həmin şəxsin məhkəmə zamanı verdiyi ifadələr və qətlin səbəbi ilə bağlı dedikləri hər kəsi daha bir şoka salıb./Teleqraf

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*