KİV: “ABŞ terrorçuları Suriyadan çıxarmağa hazırdır”backend

KİV: "ABŞ terrorçuları Suriyadan çıxarmağa hazırdır"

ABŞ Ankaranın bölgədəki əməliyyatının qarşısını almaq üçün Türkiyəyə Amerikanın nəzarətində olan kürd bölmələrini Suriyanın şimalından 30 km məsafəyə çıxarmağı təklif edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti Türkiyə və ABŞ Baş Qərargah rəisləri arasında bu həftə keçirilən danışıqların yekunlarına dair məlumat yayıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 23-də Suriyanın şimalında bir neçə bölgədə quru əməliyyatı keçirmək planlarını açıqlayıb: Tel-Rifat, Mənbic və Ayn əl-Ərəb (Kobani).

Hürriyət yazır ki, bundan əvvəl Türkiyə ordusunun bölgədə həyata keçirdiyi hava əməliyyatı nəticəsində terrorçuların nəzarətində olan təchizat yolları, neft obyektləri, qərargah və təlim bazaları məhv edilib.

Qəzet qeyd edir ki, quru əməliyyatı zamanı düşəcəkləri acınacaqlı vəziyyətin fərqinə varan terrorçular amerikalılardan kömək istəməyə başlayıb.

Məlumata görə, Vaşinqton Ərdoğanın əməliyyat keçirmək niyyətindən xəbərdar olub, vəziyyəti kritik həddə çatdırmadan problemi həll etmək qərarına gəlib.

Türkiyə rəsmiləri qəzetin iddialarına hələlik münasibət bildirməyib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*