KİV: Fransa Ermənistana hava məkanını müşahidə edən radar verəcəkbackend

KİV: Fransa Ermənistana hava məkanını müşahidə edən radar verəcək

“Fransa bir çox ölkənin arzusunda olduğu hərbi texnikanı Ermənistana verəcək”.

KONKRET.az xəbər verir ki, , bunu Fransanın Ermənistandakı səfiri Olivye Dekottini “Politico” qəzetinə açıqlamasında bildirib.

Bildirilir ki, son aylarda zavod üç ədəd ən müasir “GM 200” radarını məhz bu ölkəyə ixrac edib.

Qəzetin əməkdaşı Laura Kayali hərbi təyinatlı məhsulların böyük hissəsini Ermənistana ixrac edən müəssisədə olub. Bildirilib ki, şirkətin ən böyük sifarişçisi Fransa dövlətidir. Buna səbəb isə odur ki, rəsmi Paris şirkətin məhsulu olan hərbi müşahidə vasitələrini Ermənistana göndərməyi qərarlaşdırıb.

L.Kayali yazır ki, ona son dövrlər Emmanuel Makronun tapşırığı ilə zavodun istehsal gücü dəfələrlə artırılıb. O da bildirilib ki, bu faktor daha çox dünyada münaqişə zonalarının artması ilə əlaqədardır. Fransa lideri xalqa ənənəvi Yeni il müraciətində də məhz bu məqama toxunub. Bəyan edib ki, son iki ildə ölkədəki müdafiə sənayesi müəssisələri istehsal həcmini artırsa da, bu, tələbatın təmin olunmasına kifayət etmir.

Zavodun istehsal sahələrində iş yükünün artması səbəbindən iki növbəli iş rejimi təşkil olunub.

Məqalə müəllifinin sözlərinə görə, zavodun istehsal etdiyi radar sistemləri havadan gələn təhlükənin vaxtında aşkarlanması üçün nəzərdə tutulub. Tətbiq olunan yeniliklər sayəsində bu sistemlər pilotsuz uçuş aparatlarını da identifikasiya etməyə qadirdir. Onların arasında “GM 400 Alpha” adlı radar qurğusu xüsusilə fərqlənir.

Qiyməti 30 milyon avro civarında olan bu qurğu 250 kilometrdən 500 kilometrədək olan məsafədəki hədəfləri aşkarlaya bilir. Ondan bir sinif aşağı olan “GM-200” isə 350 kilometrədək məsafədə yerləşən obyektləri müəyyən edir.

Şirkətin müştəriləri arasında Ukrayna, İndoneziya və Mərakeş də daxil olmaqla 40 dövlətin adı çəkilir.

Son dövrlər Ukraynadakı müharibə səbəbindən hökumət rəsmi şəkildə bu zavoda istehsal xərclərinin optimallaşdırılmasını tapşırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*