KİV: HƏMAS İsraillə danışıqları dayandırıbbackend

KİV: HƏMAS İsraillə danışıqları dayandırıb

HƏMAS İsraillə danışıqları dayandırmaq qərarına gəlib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə adı açıqlanmayan HƏMAS rəsmisi deyib.

O bildirib ki, HƏMAS girovların azad edilməsi və atəşkəslə bağlı danışıqları dayandırmaq qərarına gəlib.

HƏMAS rəsmisi, həmçinin vasitəçilərin səylərinin nəticəsini gözlədiyini vurğulayıb.

Xatırladaq ki, 2023-cü ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*