İranla İsrail arasında atəşkəs elan olundu – YENİLƏNİBbackend

İranla İsrail arasında atəşkəs elan olundu - YENİLƏNİB

İsrail və İran atəşkəşə razılaşıb. 

KONKRET.az xəbər verir ki, bu barədə İsrailin dövlət televiziyası Tehran və Təl-Əviv arasında atəşkəsin başladığını bildirib.

Məlumata görə, daha öncə “Əl-Cəzirə” telekanalı da İran və İsrail arasında atəşəkin başladığını qeyd edib.

08:58

***

İran hökuməti Qətərin vasitəçiliyi ilə ABŞ-ın İsraillə atəşkəs barədə təklifi ilə razılaşıb.

KONKRET.az xəbər verir ki, bu haqda “Reuters“ İran rəsmisinə istinadən məlumat verib.

Agentliyin digər mənbələrdən əldə etdiyi məlumata görə ABŞ prezidenti Donald Tramp Qətər əmiri şeyx Təmim bin Həməd Al Taniyə İsrailin atəşkəs razılaşmasına razı olduğunu bildirdikdən sonra Qətərin Baş naziri Məhəmməd bin Əbdü`r-Rəhman Əl Tani Tehranı Vaşinqtonun təklifini qəbul etməyə inandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*