İsrail yaxın gələcəkdə İranda hakimiyyət dəyişikliyi üçün heç bir perspektiv görmür.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Al-Monitor” nəşri məlumat yayıb.
İsrailin təhlükəsizlik xidmətlərindəki yüksək vəzifəli mənbə nəşrə bildirib ki, İran hökuməti hələ də çoxlu özünümüdafiə vasitələrinə malikdir. Aksiyaların yeni müstəviyə keçməsi üçün etirazçılara lider çatmır.
“İndi etirazlarda görkəmli lider yoxdur. İranlıların əksəriyyəti dindar insanlardır. Nümayişləri daha güclü səviyyəyə qaldırmaq və dini nöqteyi-nəzərdən haqq qazandırmaq üçün onlara dini lider lazımdır. İndiki rejimə alternativ görmək bizim üçün çətindir, digər tərəfdən də İrandakı dəyişiklik realdır”, – o vurğulayıb.
Qeyd edək ki, İranda etirazlar sentyabrın ortalarında 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayıb. İranın müxtəlif şəhərlərində iğtişaşların iştirakçıları və təşkilatçıları həbs edilib.
İqbal Rzayev,
KONKRET.az