KİV: “Rusiya Ukraynada 12,4 trilyon dollar dəyərində faydalı qazıntı yataqlarına nəzarət edir”backend

KİV: "Rusiya Ukraynada 12,4 trilyon dollar dəyərində faydalı qazıntı yataqlarına nəzarət edir"

Rusiya Ukraynada 12,4 trilyon dollar dəyərində bir neçə faydalı qazıntı yatağına nəzarəti ələ keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.

Məlumata görə, yataqların bir hissəsi 2014-cü ildə Krımın ilhaqından sonra Moskva tərəfindən ələ keçirilib.

Qəzet Kanadanın “SecDev” şirkətinin məlumatlarına istinadən yazır ki, hazırda Rusiya ordusunun nəzarətində olan ərazilərdə ən azı 12,4 trilyon dollar dəyərində yanacaq, metal və mineral yataqları yerləşir:

“Ukrayna artıq kömür yataqlarının 63%-ni, neft yataqlarının 11%-ni, təbii qaz yataqlarının 20%-ni, metal yataqlarının 42%-ni və litium da daxil olmaqla nadir torpaq mineralları yataqlarının 33%-ni itirib”.

Hərbi əməliyyatlar zamanı Rusiya 41 kömür, 27 təbii qaz, 14 propan, 9 neft, 6 dəmir filizi, 2 titan filizi, 2 sirkonium filizi yatağı müsadirə edib.

Bildirilib ki, Ukrayna öz yataqlarının demək olar ki, üçdə ikisinə çıxışını həmişəlik itirə bilər. Bu, Qərbi Avropa üçün Rusiya və Çindən idxala alternativ tapmaqda çətinlik yarada bilər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*