KİV: “Tramp ittiham olunarsa, əlləri qandallanmayacaq”backend

KİV: "Tramp ittiham olunarsa, əlləri qandallanmayacaq"

ABŞ-ın keçmiş prezidenti Donald Trampa Nyu-Yorkun Cənub Dairə Məhkəməsində cinayət işi açılsa belə, o, ictimaiyyət qarşısında qandallanmayacaq və həbs edilməyəcək.

KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, ittiham irəli sürüləcəyi təqdirdə, Trampın barmaq izi alınacaq, cinayət işi üçün fotoşəkili çəkiləcək, lakin statusuna görə keçmiş prezident ABŞ Məxfi Xidmətinin nəzarəti altında qalacaq və əli qandallanmayacaq.

Agentliyin məlumatına görə, Trampa qarşı irəli sürülə biləcək ittihamlar ağır cinayətlər kateqoriyasına aid olmadığından, onun saxlanılması məsələsi qaldırılmayacaq.

Qeyd edək ki, Tramp martın 18-də “Truth Social” sosial şəbəkəsində Nyu York Şəhər Prokurorluğunun onu martın 21-də həbs etməyə hazırlaşdığını bildirib və tərəfdarlarını etiraz nümayişləri təşkil etməyə çağırıb.

Məlumata görə, 2016-cı il prezident seçkiləri zamanı siyasətçinin vəkili Maykl Koen keçmiş porno aktrisa Stormi Danielsə 2006-cı ildə Trampla əlaqəsi olduğu iddiasını geri götürmək üçün 130 min dollar ödəyib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*