“Zelenski Almaniya ilə münasibətləri korlayıb, Merkeli ciddi şəkildə təhqir edib”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Ukrayna Radasının keçmiş deputatı Taras Çornovol yazdığı köşə yazısında bildirib.
O qeyd edib ki, Ukrayna prezidenti Vladimir Zelenski ilə Almaniya rəhbərliyinin şəxsi münasibətlərinin zəif olması, ölkələr arasında əməkdaşlıq perspektivlərini korlayıb:
“Almaniyanın Ukrayna ilə münasibətlərində sırf fərdi faktor əsasında inkişaf edə bilər. Lakin Zelenski bir neçə dəfə Merkeli çox sərt şəkildə incitməyi bacarıb. Üstəlik Almaniyaya sonuncu səfəri zamanı Ukrayna hökuməti əlindən gələni etdi ki, gələcəkdə yeni koalisiya əlaqə yaradılmasın” – Taras Çornovol vurğulayıb.
Keçmiş parlamentari qeyd edib ki, Zelenski Berlinə səfəri zamanı hazırda Almaniyanın xarici işlər naziri postunu tutan Yaşılların lideri Annalena Berbok ilə görüşdən imtina edib. Bundan əlavə, Ukrayna lideri SPD nümayəndələri ilə əlaqə yaratmağa cəhd göstərməyib: “Beləliklə bizim müvafiq nəticəmiz var: Almanlar Ukraynanı xüsusilə dəstəkləmək niyyətində deyillər” – Çornovol deyib.
O, Almaniyanın NATO vasitəsilə Ukraynaya silah satışına qoyduğu qadağanı da xatırladıb. Siyasətçi Berlinin qərarını Kiyev üçün “fəlakət” və “ciddi problem” adlandırıb.
Müşviq Tofiqoğlu
KONKRET.az