Kiyevdə 5 əcnəbi vətəndaşı ölümcül döyən azərbaycanlı saxlanıldıbackend

Kiyevdə 5 əcnəbi vətəndaşı ölümcül döyən azərbaycanlı saxlanıldı

Ukraynanın paytaxtı Kiyevin Peçersk rayonunda Azərbaycan vətəndaşı saxlanılıb.

KONKRET.az xəbər verir ki, Kiyev şəhər polisindən verilən məlumata görə, bu, 1993-cü il təvəllüdlü Quliyev Rasim Sahib oğludur.

Onun saxlanılmasına səbəb Peçersk rayonu ərazisində gecə klublarından birində bir neçə şəxsi ölümcül döyərək ağır xəsarət yetirmə ittihamı olub. Belə ki, azərbaycanlı gənc gecə klubunda ardıcıl bir neçə gündə Türkiyə, Çin və daha 3 ölkə vətəndaşını ağır formada döyərək xəsarət yetirib. Zərəçəkənlərdən ikisinin vəziyyəti ağırdır.

Rayon məhkəməsi R. Quliyev ilə bağlı iki aylıq həbs qətimkan tədbiri seçib.“Report”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*