Kiyevdə evlərin 70%-i işıqsız qaldıbackend

Kiyevdə evlərin 70%-i işıqsız qaldı

Kiyevdə evlərin 70%-i elektrik enerjisindən məhrum olub.

KONKRET.az xəbər verir ki, bununla bağlı məlumat Kiyev şəhər hərbi administrasiyasının bəyanatında verilib.

Qeyd olunur ki, Kiyevin təmir və qəza qrupları istilik təchizatının bərpası üçün gərgin iş aparır:

“Səhər saatlarından etibarən mühüm infrastruktur obyektlərinə elektrik enerjisinin verilməsi bərpa edilib. İlk növbədə xəstəxanalara elektrik verilib. Orta ölçülü istilik qurğularının elektrik enerjisi ilə təchizatı üçün işlər davam etdirirlər”, – məlumatda deyilir.

Bildirilir ki, Kiyevin sol sahilinə gərginlik verən iki tranzit xətti təmir edilib:

“Bütün obyekt və evlərə tezliklə enerji veriləcək. Rusiyanın növbəti terror-raket zərbəsindən sonra enerji sistemində vəziyyət son dərəcə ağırdır. Yerli sakinlərdən enerji sisteminə kömək etmək üçün elektrik enerjisinin istehlakında maksimum məsuliyyətli olmaları xahiş olunur”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*