Kiyevdə SBU polkovniki güllələndibackend

Kiyevdə SBU polkovniki güllələndi

Bu gün səhər saatlarında Ukraynanın paytaxtı Kiyevdə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) polkovniki İvan Voroniç güllələnib.

KONKRET.az xəbər verir ki, bu barədə Ali Radanın sabiq deputatı İqor Mosiyçuk məlumat yayıb. Onun sözlərinə görə, Voroniç SBU-nun Xüsusi Əməliyyatlar Mərkəzinin 16-cı idarəsinin 1-ci şöbəsinin baş əməliyyat əməkdaşı vəzifəsində çalışıb.

Mosiyçukun iddiasına görə, polkovnikə səssəboğucu ilə təchiz edilmiş tapançadan 5 dəfə atəş açılıb və cinayəti törədən şəxs hadisə yerindən qaçaraq gizlənib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*