Kiyevin qələbə perspektivindən danışmaq belə absurddur – Peskovbackend

Kiyevin qələbə perspektivindən danışmaq belə absurddur - Peskov

Kiyev döyüş meydanında qələbə perspektivinin olmadığını nə qədər tez başa düşsə, vəziyyət bir o qədər yaxşı olacaq.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov Ukrayna qoşunlarının baş komandanı Valeri Zalujnının sözlərini şərh edib:“Rusiya dalana dirənmədi. Ardıcıl olaraq xüsusi hərbi əməliyyat keçirməyə davam edirik. Qarşıya qoyulan bütün məqsədlərə çatmaq lazımdır”.

“Əslində, Kiyev çoxdan başa düşməli idi ki, onların döyüş meydanında qalib gəlmə perspektivindən danışmaq belə absurddur. Ukrayna tərəfi bunu nə qədər tez başa düşsə, bir o qədər onlar üçün vəziyyət yaxşılığa doğru dəyişəcək”, – Peskov əlavə edib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*