“Klon” serialının aktyorundan ÜZÜCÜ XƏBƏR – FOTObackend

"Klon" serialının aktyorundan ÜZÜCÜ XƏBƏR - FOTO

“Klon” serialında Əli dayı obrazı ilə tanınan 91 yaşlı braziliyalı aktyor Stenio Qarsiya plastik əməliyyatdan sonra kəskin sepsis (qan infeksiyası) diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi bu barədə İnstaqram səhifəsində məlumat verib.

O bildirib ki, qan infeksiyası iyulun 1-də ayaqlarında kəskin ağrılarla həkimə getdikdən sonra aşkarlanıb.

“Mənim üçün dua edən hər kəsə təşəkkür etmək istəyirəm. Hər şey tezliklə yaxşı olacaq”, – deyə aktyor yazıb.

Aktyorun həyat yoldaşı Marileni Saadi “Folha de S.Paulo” qəzetinə bildirib ki, əri oksigen maskası olmadan nəfəs alır və ona antibiotik kursu təyin olunub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*