Koçaryan seçilsə, Xocalı cəlladlarına vəzifələr verəcək – SİYAHIbackend

Koçaryan seçilsə, Xocalı cəlladlarına vəzifələr verəcək - SİYAHI

“Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın rəhbərlik edəcəyi seçki siyahısında ilk onluğa daxil olan şəxslərin adları tədricən məlum olur”.

KONKRET.az xəbər verir ki, bu barədə erməni nəşri “Hraparak” yazıb.

Qəzetin yazdığına görə, siyahıya Koçaryanın özü rəhbərlik edəcək, ikincisi isə “Daşnaksütyun” partiyası Ali Məclisinin üzvü İşxan Saqatelyan olacaq.

“Siyahıda üçüncü şəxs mütləq qadın olmalıdır. Uzun müddət tərəddüd etdikdən sonra Köçəryanın seçimi Serj Sarkisyanın Respublikaçı partiyasından onun düşərgəsinə keçid edən keçmiş ədliyyə naziri Arpina Ovannisyanın üzərinə düşüb”, – qəzet bildirib.

Siyahıda ikinci qadın “Daşnaksütyun”un başqa bir nümayəndəsi Lilit Qalstyan olacaq. Müttəfiq “Dirçələn Ermənistan” partiyasının lideri Vahe Akopyan da Koçaryanın siyahısında yer alıb.

Sonrakı yerlərdə Koçaryanın keçmiş komandasının üzvləri – Armen Gevorqyan, Vahe Ovannisyan və Elinar Vardanyan tutacaq.

Siyahının ikinci onluğuna “Taşir”in sahibi, iş adamı Samvel Karapetyanın oğlu Vahe Karapetyan, keçmiş nazir Karen Çşmarityan və başqaları daxil olacaq.

Koçaryan Xocalı cəlladları – keçmiş müdafiə naziri Seyran Ohanyan və KTMT-nin sabiq baş katibi Yuri Xaçaturova da, özünün xəyali “hökumət kabineti”ndə yer verib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*