“Nensi Pelosinin səfərinin iki məqsədi var: seçki kampaniyası və anti-Rusiya əhval-ruhiyyəsindən yararlanmaq istəyidir”.
KONKRET.az xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Karen Köçəryan səsləndirib.
O, Ermənistandakı hazırkı geosiyasi vəziyyəti şahmat taxtası ilə müqayisə edib.
Onun sözlərinə görə, Ermənistan şahmat fiqurlarına istiqamət vermək hüququndan məhrumdur və ölkə rəhbərliyi daha çox “piyada” rolunu oynayır.
“Ölkə rəhbərliyi bu oyunda özünü “kral” zənn etsə də, əslində “piyada”dır. Ermənistanda vəziyyət kifayət qədər ağırdır. Məlum oldu ki, region geosiyasi oyunçuların və maraqların kəsişməsinə çevrilib və biz bu kəsişmənin mərkəzindəyik”, – deyə Karen Köçəryan bildirib.