Rusiya Ermənistanın daxili siyasi həyatına fəal maraq göstərməyə başlayıb. Ermənistanla iş üzrə yeni kurator, Rusiya prezidentinin aparat rəhbərinin müavini Sergey Kiriyenko vəziyyətlə tanış olur.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.
Nəşrin əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl Ermənistanın ikinci prezidenti Robert Köçəryan qısamüddətli səfərdə olub:
“O, dünən gecə qayıdıb və Kremldə aldığı təlimatla bağlı hələ komandaya məlumat verməyib. Əvvəlki səfərdən sonra mətbuat konfransı keçirərək aktivləşdiyini açıqladı. Şayiələrə görə, budəfəki mövzu impiçment məsələsi olub və yaxın günlərdə açıqlama və bəzi addımların atılacağı istisna edilmir.
İstisna edilmir ki, Köçəryanla baş nazirliyə namizədlər müzakirə edilib. Yeri gəlmişkən, görüş və müzakirə Kiriyenko ilə deyil, daha çox erməni məsələsində ixtisaslaşmış Kremlin digər rəsmisi ilə olub”.