Köçəryan və ailəsinin əmlakı əlindən alınır backend

Köçəryan və ailəsinin əmlakı əlindən alınır 

Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Köçəryanın və onun tabeliyində olan şəxslərin (yeddi nəfər) əmlakına həbs qoyulması barədə qərar qəbul edib

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Qeyd olunur ki, Baş Prokurorluğun Qanunsuz Mənşəli Əmlakın Müsadirə edilməsi İdarəsi müsadirə ilə bağlı məhkəməyə müraciət edib, məhkəmə iyulun 13-də qərar qəbul edib.

Nəticədə Köçəryanın, onun həyat yoldaşı, uşaqları və onların həyat yoldaşlarının əmlakına qarşı ilkin müvəqqəti tədbir görülüb.

Məlumata görə, İrəvanda Kentron rayonunun inzibati binalarında 20 ədəd daşınmaz əmlak, 2 nəqliyyat vasitəsi, 18 xarici və Ermənistan şirkətində səhmlər, 1,5 milyon dollarlıq depozit və qiymətli kağızlar, o cümlədən 22 milyard dollara yaxın vəsait qanunsuz hesab edilir və üçüncü şəxslərə verilmiş qeyri-qanuni mənşəli vəsaitlərin tərkibinə daxil olan dramlar və müəyyən edilməmiş digər xərclənmiş vəsaitlər müsadirə edilməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*