“Köhnə qatarlara kondisioner quraşdırmaq mümkün deyil” – Metropoliten və AYNA rəsmiləri planlardan DANIŞDIbackend

“Köhnə qatarlara kondisioner quraşdırmaq mümkün deyil” - Metropoliten və AYNA rəsmiləri planlardan DANIŞDI

Bir neçə gün öncə Tarif Şurasının qərarı ilə avtobus və metro sərnişindaşımalarının qiyməti 50 qəpik dəyərində müəyyən edilib.

Müstəqil ekspertlər qiymət dəyişikliyinin sərnişindaşımadakı ənənəvi problemləri yoluna qoyacağı düşüncəsindədir. Onlar hesab edir ki, qiymət artımı köhnə avtoparkın yenilənməsi və sərnişinlərə daha yüksəf xidmətin göstərilməsinə xidmət edəcək yeni imkanlar baxımından dəyərləndirilməlidir.

Maraqlıdır, bəs sərnişindaşıma ilə məşğul olan qurumlar hansı yeniliklərə hazırlaşır? Onların xidmətin yüksəldilməsi yönündəki planları nədir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov da Bakıda, xüsusən də ətraf kənd və qəsəbələrə işləyən avtobusların bir qisminin müasir tələblərə və ekoloji standartlara cavab vermədiyini etiraf edib. Onun sözlərinə görə, Bakı şəhərində ictimai nəqliyyat xidmətlərinə əlçatanlıq 82% təşkil edir və artırılmasına ehtiyac var:

Taksilərdən sonra indi də paytaxtda avtobuslarla bağlı yenilik olacaq - Rəsmi açıqlama - 03.04.2024, Sputnik Azərbaycan

“Şəhərlərarası sərnişindaşımaların təkmilləşdirilməsi üçün tədbirlər həyata keçirilməlidir. Sektorda fəaliyyət göstərən daşıyıcıların maliyyə dayanıqlığı təmin edilmir. Aparılan təhlillər mövcud tariflərin ictimai nəqliyyat xidmətlərinin faktiki maya dəyərini qarşılamadığını müəyyənləşdirib. Daşıyıcıların dayanıqlığını təmin etmək üçün dövlət dəstəyi mexanizminin tətbiq edilməsi zərurəti ilə əlaqədar yeni maliyyə mexanizmi hazırlanıb”.

Müsahibimiz bildirir ki, sərnişinlər tərəfindən ödənilən gediş haqları ictimai nəqliyyat xərclərinin az bir hissəsini qarşıladığına görə hətta yenilənən tariflər belə ictimai nəqliyyatın dayanıqlığını təmin etmir:

“Tariflərə yenidən baxılarkən aparılan təhlillər mövcud tariflərin ictimai nəqliyyatda xidmət keyfiyyətinin artırılmasına, avtobus parkının yenilənməsi və nəqliyyat vasitələrinin daim saz vəziyyətdə saxlanmasına imkan vermədiyini, eyni zamanda sektorun ciddi və kompleks dəstəyə ehtiyacı olduğunu göstərib. Bütün amillər nəzərə alınaraq təklif olunan müxtəlif tarif dəyişikliyi variantları nəzərdən keçirilib. Dövlətin sosial siyasətinə uyğun olaraq, sosialyönümlülük nəzərə alınmaqla ən optimal variant seçilib”.

Bakı Metropoliteninin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov saytımıza açıqlamasında bildirib ki, pandemiya dövrünün Bakı Metropoliteninə vurduğu zərbə indi də hiss olunur:

Mətbuat və ictimaiyyətlə əlaqələr | "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti

“Metropolitenin əsas gəlir mənbəyi sərnişindaşıma olduğu üçün həmin dövrdən sərnişindaşıma ilə bağlı qoyulmuş məhdudiyyətlər Bakı metrosuna ciddi zərərlər hesabına başa gəldi. Bu gün də həmin zərbələrin izi hiss olunur”.

Metropoliten sözçüsü xaricdən alınmalı olan avadanlıq və qurğuların bahalaşmasının da onların işinə mənfi təsir göstərdiyini deyib:

“Qiymət artımından sonra keyfiyyətli xidmətin artırılıacağı ilə bağlı məsəyə gəldikdə isə Bakı Metropalitenində qiymətlərin tənzimlənməsindən, ona baxılmasından və artırılmasından asılı olmayaraq keyfiyyət məsələsi daim nəzarətdə saxlanılır. Yeniliklər isə ondan ibarət olacaq ki, bundan sonra daha 63 yeni vaqonun alınması məsələsi həllini tapacaq. Yaxın bir il ərzində isə 35 yeni qatarın ölkəyə gətirilməsi nəzərdə tutulub. Xatırladım ki, köhnə qatarlara kondisoner sisteminin quraşdırılmasının qeyri mümkünlüyü texniki cəhətdən təsdiqlənib. Bu, təxminən yeni vaqonunun alınması dəyərinə bərabədir. Odur ki, yeni vaqonların alınması planlaşdırılıb. Artıq bank kartları ilə ödəniş sisteminin tətbiqi və digər məsələlər də öz həllini tapacaq”.

Mədinə Useynova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*