“Koka-Kola” Feysbukdan imtina etdi – Səbəbbackend

“Koka-Kola” Feysbukdan imtina etdi – Səbəb

“Koka-Kola” şirkəti bütün sosial şəbəkələrdə 30 gün müddətinə reklam yerləşdirilməsini dayandırır.

KONKRET.az xəbər verir ki, bu məlumatı şirkətin icraiyyə direktoru Ceyms Kuinsi yayıb.

“Dünyada rasizmə yer yoxdur və sosial şəbəkələrdə də rasizmə yer yoxdur. “Koka-Kola” bütün sosial şəbəkə platformalarında ödənişli reklam yerləşdirilməsini 30 günlük dayandırır”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Amerikanın bir sıra təşkilatları Feysbukda reklam yerləşdirilməsinin dayandırılmasına çağırış etmişdilər. Buna səbəb sosial şəbəkədə rasizmlə bağlı kontentlərin tənzimlənməsindən Feysbukun imtina etməsidir.

axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*