Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini avqustun 18-də saat 15:43-dən etibarən internet səhifəsində yerləşdirib.
DİM-dən KONKRET.az-a verilən məlumata görə, abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin sayı haqqında ümumi məlumat
Təhsil forması | Qəbul planı | Qəbul olunub | Qəbul olma | ||
Azərbaycan bölməsi | Rus bölməsi |
Bölmələr üzrə cəmi | faizi | ||
Dövlət ödənişsiz | 4478 | 4298 | 108 | 4406 | 98.39 |
Dövlət ödənişli | 5349 | 5053 | 107 | 5160 | 96.45 |
Özəl | 300 | 280 | 20 | 300 | 100.00 |
Cəmi | 10127 | 9631 | 235 | 9866 | 97.41 |