Kolleclərə qəbul üzrə plan yerlərinin 5 faizi boş qaldı
393
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 94.99% dolub.
Bu barədə KONKRET.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 11 846 nəfər qəbul olub. Cəmi 625 yer (5.01%) boş qalıb.
Orta ixtisas təhsili müəssisələrinə 11 illik təhsil bazasında tələbə qəbulunun nəticələri:
Qəbul planı
Qəbul olunub
Qəbulolma faizi
Vakant yerlərin sayı (faizi)
Azərbaycan bölməsi
Rus bölməsi
Bölmələr üzrə cəmi
Xüsusi qabiliyyət imtahanı tələb
etməyən ixtisaslar
11710
10795
476
11271
96.25
439 (3.75)
Xüsusi qabiliyyət imtahanı tələb
edən ixtisaslar
761
563
12
575
75.56
186 (24.44)
Cəmi
12471
11358
488
11846
94.99
625 (5.01)
Sentyabrın 9-da ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı “Abituriyent” jurnalının 9-cu sayında, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent” jurnalının 10-cu sayında dərc olunacaq.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər (subbakalavrlar) 12 sentyabr saat 12:00-dan 19 sentyabr saat 23:59-dək, orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər isə 12 sentyabr saat 12:00-dan 21 sentyabr saat 23:59-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcəkdir.
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi tarixləri haqqında qəbul olanların qeydiyyat prosesi bitəndən sonra məlumat veriləcək.