Kombinin qışa hazırlığı: Nələri bilməlisiniz?backend

Kombinin qışa hazırlığı: Nələri bilməlisiniz?

Havaların qəfil soyuması evlərdə və ofislərdə kombi aparatlarının işləməsini zəruriləşdirib. Mütəxəssislər kombinin qışa hazırlığını çox vacib sayır. Hazırlıq zamanı əsas məqam cihazın yuyulmasıdır. Bu prosedur evinizin daha yaxşı qızmasına səbəb olmaqla yanaşı, qaza 25-30 faiz qənaət etməyinizə şərait yaradıb və cihazın ömrünü uzadır.

KONKRET.az xəbər verir ki, cihazın qış rejiminə keçidi zamanı digər vacib işlər görülməlidir.

Mütəxəssislər kombiləri qış rejiminə keçirməmişdən əvvəl bir neçə prosedura əməl etməyi məsləhət bilirlər.

Ən vacibi sistemin dərmanla yuyulmasıdır. Buna səbəb uzun müddət işləyən kombilərin içində çirkabın əmələ gəlməsidir. Bu çirkab sistemdə tıxanma yaradaraq qaz sərfiyyatını artırır, radiatorların yaxşı qızmasına imkan vermir.

Təmizləmə prosesini 3 ildən bir təkrarlamaq vacibdir.

Sistemin yuyulması seksiyalara əsasən həyata keçirlir və bir bölmə üçün təxminən 15-20 manat ödəniş tələb olunur.

Unutmayın, uzun müddət işləməyən kombi aparatlarının ilk istifadəsindən öncə içinin və hava yollarının da təmizlənməsi əsas şərtdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*