Komediya ustası Rusiyada “xarici agentlər” qanununu pozmaqda günahlandırılıbbackend

Komediya ustası Rusiyada “xarici agentlər” qanununu pozmaqda günahlandırılıb

Moskvanın Taqanski Rayon Məhkəməsi komediya ustası Ruslan Belını “Xarici agentlər haqqında” qanunvericiliyi pozduğuna görə 30 min rubl məbləğində cərimələyib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə paytaxt məhkəmələrinin mətbuat xidməti öz “Telegram” kanalında məlumat yayıb.

Qeyd edək ki, Ruslan Belının adı Rusiya Ədliyyə Nazirliyi tərəfindən 2023-cü il sentyabrın 1-də xarici agentlər siyahısına daxil edilib.

Nazirlik iddia edir ki, o, Ukraynadakı hərbi əməliyyatlara qarşı çıxıb və Rusiya Federasiyası Silahlı Qüvvələrinin mənfi imicini yaratmağa yönəlmiş fəaliyyətlər həyata keçirib.

Həmin ilin oktyabrında komediya ustası Ədliyyə Nazirliyinə qarşı məhkəmə iddası qaldıraraq xarici agent statusunun götürülməsini tələb edib. Moskvanın Zamoskvoretski Rayon Məhkəməsi noyabrda tələbi rədd edib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*