“Kommunikasiyaların açılması məsələsində tərəflərin aydın mövqeyi var” – Erməni deputatbackend

"Kommunikasiyaların açılması məsələsində tərəflərin aydın mövqeyi var" - Erməni deputat

“Regional kommunikasiyaların açılması məsələsində aydın mövqe var”.

KONKRET.az xəbər verir ki, bu barədə mayın 26-da Milli Assambleyada keçirilən ənənəvi brifinqdə hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat Vladimir Vardanyan bildirib.

O deyib ki, Ermənistan və Azərbaycan tərəflərinin regional kommunikasiyaların açılması məsələsində dəqiq mövqeyi var, lakin detalları dəqiqləşdirmək lazımdır.

“Kommunikasiyaların açılması məsələsində tərəflər həmişə müsbət mövqe bildiriblər”, – erməni deputat qeyd edib.

Onun sözlərinə görə, tərəflərin razılaşa bilmədiyi məsələyə gəlincə, hamı ümumi fikirlərlə əsasən razıdır.

“Ancaq detalların müzakirəsi nəticəsində ayrıca həll tələb edən bir çox texniki məsələlər yarana bilər. Problemlər müxtəlif növ ola bilər. Məsələn, logistika, konkret marşrutun təmiri və s.”, – deyə Vardanyan izah edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*