Konfrans Liqası: “Neftçi” Avstriya klubuna qalib gəldibackend

Konfrans Liqası: “Neftçi” Avstriya klubuna qalib gəldi

“Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.

KONKRET.az xəbər verir ki, Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda Bakıda Avstriyanın “Rapid” (Vyana) klubunu qəbul edib. “Bakcell Arena”da oynanılan görüşü “ağ-qaralar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Laurentsiu Regekampfın baş məşqçi olduğu komandadan qolları 44-cü dəqiqədə Ataa Caber və 60-cı dəqiqədə Kenni Sayef vurublar. Qonaqlardan isə görüşün əsas vaxtına əlavə olunmuş 5-ci dəqiqədə Qvido Burqştaller fərqlənib.

Komandalar arasında cavab görüşü avqustun 11-də Vyanada keçiriləcək.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində “Konyaspor” (Türkiyə) – “Vaduts” (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*