Könlü balıq istəyənlərə PİS XƏBƏR: Belə getsə, restoranlarda yeməyə dəniz məhsulları tapmayacağıqbackend

Könlü balıq istəyənlərə PİS XƏBƏR: Belə getsə, restoranlarda yeməyə dəniz məhsulları tapmayacağıq

“Balıq qiymətlərində müşahidə olunan artım restoran və ümumilikdə iaşə sektoruna ciddi təsir göstərə bilər. Proses bir neçə istiqamətdə özünü göstərəcək. İlk növbədə balıq yeməkləri təklif edən restoranların maya dəyəri yüksələcək”.

Bu fikirləri KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli səsləndirib.

İpoteka faizlərinin azalması gözlənilmir - Akif Nəsirli

“Xüsusilə dəniz məhsullarına əsaslanan mətbəxlər – suşi barlar, balıq restoranları daha çox təsirlənəcək. Çünki əsas xammal xərci birbaşa bahalaşır”, – deyə iqtisadçı qeyd edib.

Ekspert vurğulayıb ki, qiymət artımı menyularda dəyişikliklərə səbəb olacaq. Restoranlar ya balıq yeməklərinin qiymətini artırmalı, ya da onların payını azaltmalı olacaqlar. Daha ucuz alternativlər – toyuq, mal əti və tərəvəz əsaslı yeməklərin menyuda daha çox yer alacağı istisna edilmir.

Akif Nəsirlinin fikrincə, bu proses müştəri davranışına da təsirsiz ötüşməyəcək:

“Balıq yeməkləri əvvəlki qədər sifariş olunmaya bilər. Müştərilər ya az balıq yeməyi seçəcək, ya da daha ucuz iaşə obyektlərinə üz tutacaq”, – deyə o, əlavə edib.

Ekspert həmçinin xəbərdarlıq edib ki, bəzi restoranlar maya dəyərini azaltmaq üçün keyfiyyəti aşağı məhsullara üz tuta bilər ki, bu da uzunmüddətli perspektivdə müştəri etimadına zərər vuracaq.

Nəsirlinin sözlərinə görə, balıq qiymətlərinin yüksəlməsi təkcə restoranlara deyil, həm də katerinq şirkətlərinə, otellərə və supermarketlərin hazır yemək bölmələrinə təsir göstərəcək. Bu isə ümumilikdə qida sektorunda qiymət artımı dalğası yarada bilər.

O, bildirib ki, müəssisələr vəziyyətdən çıxış yolu kimi balığın mövsümi və yerli istehsalını önə çıxara, həmçinin porsiyaları kiçiltməklə və kombinə edilmiş yeməklərlə müştəri maraqlarını balanslaşdırmağa çalışa bilərlər.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*