Konqoda silahlılar azı 10 mülki şəxsi öldürdülərbackend

Konqoda silahlılar azı 10 mülki şəxsi öldürdülər

Konqo Demokratik Respublikasının şərqindəki Beni şəhəri yaxınlığında üsyançıların hücumu nəticəsində azı 10 mülki şəxs öldürülüb. 

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” yerli hakimiyyət orqanlarına və BMT-dəki mənbəyə istinadən məlumat yayıb.

Mulekera şəhərinin meri Nqonqo Mayanqa bildirib ki, hücum edənlər Beni yaxınlığındakı Mulekera kommunasında tarlalarda işləyən insanlara atəş açıblar.

Onun sözlərinə görə, indiyədək 7 nəfərin, o cümlədən 3 qadının meyiti tapılıb, daha 5 qurbanın nəşi isə başqa yerlərdədir.

“Əlbəttə, axtarışlar davam etdikcə tapacağımız başqa meyitlər də var”, – o, üsyançı “Demokratik Qüvvələr Alyansı” üsyançı qrupunu ittiham edib.

BMT-nin Konqonun şərqindəki sülhməramlı missiyasındakı mənbə 10 nəfərin öldüyünü bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*