Konqres prezidentə NATO-dan çıxmağı qadağan etdibackend

Konqres prezidentə NATO-dan çıxmağı qadağan etdi

ABŞ Konqresi 2023-2024-cü illər üçün müdafiə büdcəsi layihəsinin bir hissəsi olaraq ABŞ prezidentinin ABŞ-ı NATO-dan çıxarmaq və ya ölkənin alyansdakı fəaliyyətini dayandırmaq imkanlarının məhdudlaşdırılmasına səs verib.

KONKRET.az xəbər verir ki, Nümayəndələr Palatası ABŞ-ın 2024-cü maliyyə ili üçün 883,7 milyard dollarlıq müdafiə büdcəsi layihəsini dəstəkləyib. İndi sənəd imzalanmaq üçün ABŞ prezidentinə göndərilir. Müdafiə büdcəsinə ABŞ-ın NATO-da iştirakı ilə bağlı bölmə daxildir. Yeni layihəyə əsasən, Konqres üzvləri ABŞ-ın Şimali Atlantika Alyansından çıxmasına qarşı çıxırlar.

“Prezident tərəfindən Senatın məsləhəti, senatorların üçdə ikisinin razılığı istisna olmaqla, 1949-cu il aprelin 4-də Vaşinqtonda bağlanmış Şimali Atlantika Müqaviləsi dayandırıla, ləğv edilə bilməz”, – qəbul edilmiş qanun layihəsinin mətnində belə deyilir.

Bundan başqa, layihəyə əsasən, ABŞ-ın NATO-dan çıxarılması üçün istifadə oluna biləcək maliyyə resurslarının ayrılması qadağandır. ABŞ-ın NATO-dakı fəaliyyətini dayandırmaq barədə hər hansı müzakirə və ya qərardan əvvəl prezident ABŞ Senatının və ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitələrini xəbərdar etməlidir.

Vəli Həsənov

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*