Konstantin Zatulin: “Ermənistanı vətəndaş müharibəsinə sürükləyirlər”backend

Konstantin Zatulin: "Ermənistanı vətəndaş müharibəsinə sürükləyirlər"

“Ermənistan bu gün yenidən çox ciddi təhlükə ilə üz-üzədir. Onu vətəndaş müharibəsinə sürükləyrlər”.

KONKRET.az xəbər verir ki, bunu Dövlət Dumasının MDB işləri komitəsi sədrinin birinci müavini Konstantin Zatulin “Vladimir Solovyovla axşam” televiziya proqramında deyib.

Onun sözlərinə görə, Paşinyan Rusiya raketlərindən tutmuş, Ermənistan hərbçilərinə qədər hər kəsi günahlandırmağa müvəffəq oldu, eyni zamanda özünü Ermənistanın və erməni xalqının ən böyük, ən çətin məğlubiyyətində məsuliyyət daşıdı:

“Nikol Paşinyana müraciət edərək dedik ki, sədaqət and içdiyi respublikanın taleyi üçün bir damla da olsa, məsuliyyət daşıyırsa, hakimiyyəti tərk etməlidir ki, cəmiyyətin hələ də etibar etdiyi insanların yaratdığı xaosun öhdəsindən gəlməsinə icazə verilsin. Çünki Ermənistan bu gün yenidən çox ciddi təhlükə ilə üzləşib. Onu vətəndaş müharibəsinə sürükləyirlər. Bunu edən mitinqləri çağıran şəxsdir. Ölkədə nə idarəçilik qalıb, nə də stabillik. Ermənistanda insanların bu hökumət barədə bir nəticə çıxarması üçün başqa nə baş verməlidir? Məlum yerlərdən “Rusiya bazasını Ermənistandan alın”, “Qərbə doğru yönəlməliyik” şüarları ilə gələn səlahiyyətlilər … Paşinyanın siyasətə nə ilə gəldiyini yaxşı bilirik”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*