Konstitusiya referendumu BU TARİXDƏ keçiriləcək – Paşinyan AÇIQLADIbackend

Konstitusiya referendumu BU TARİXDƏ keçiriləcək - Paşinyan AÇIQLADI

Konstitusiya dövlətin uzunmüddətli inkişafı üçün zəruri “aerodinamikanı” təmin etməlidir. Məhz buna görə yeni Konstitusiyanın qəbuluna dair referendumun 2026-cı il parlament seçkilərindən sonra keçirilməsi vacibdir.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Baş nazirin sözlərinə görə, bu, bütün siyasi qüvvələrə seçki kampaniyası zamanı konstitusiya məsələlərinə dair mövqelərini və yanaşmalarını təqdim etmək imkanı verəcək.

Seçkilərin nəticələrinə əsasən xalqın etimadını qazanmış siyasi qüvvələrin mövqeyi isə Konstitusiyanın son layihəsinin hazırlanmasında həlledici olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*