“Kontakt Home”dan növbəti BİABIRÇILIQ: İnsanları belə aldadırlar…backend

“Kontakt Home”dan növbəti BİABIRÇILIQ: İnsanları belə aldadırlar...

“Kontakt Home” mağazalar şəbəkəsində əməlli-başlı anlayışsız insanlara qarşı terror həyata keçirilir”.

KONKRET.azt xəbər verir ki, bu barədə Elman Mütəllim özünün facebook səhifəsində yazıb. Həmin yazının tam mətnini təqdim edirik:

“Telefon almısan? Qızıl zəmanət satmaq üçün işçilər əllərindən gələni edirlər. 200-300 manat dəyərində məbləğ gəlir üzərinə (bildiyim qədəriylə bunu satan əməkdaş da qızıl zəmanət satdığı üçün məbləğdən bir hissə götürür).

Qızıl zəmanət nədir? Telefon əlinizdən düşərsə, sınarsa, itərsə yenisi ilə əvəz ediləcəyinə dair müqavilədir. Qulağa xoş gələ bilir, möhtəşəm səslənir, təbii ki, 2000-3000 manat dəyərində telefon alan şəxslərin bunun qarşılığında 200 manat ödəmələri az görünə bilər.

Di gəl ki, belə hal yaşananda, icra müddəti, icra proseduru sizi o qədər təngə gətirəcək ki, qızıl sözünə nifrət edəcəksiniz. Deməyim odur ki, qızıl zəmanətdən imtina edin, sınar, itirərsiniz, yenisin alarsınız puluyla, ən azından əsəbləriniz yerində olacaqdır.

Yeni cihaza quraşdırma: 50 AZN – 200 AZN arası dəyişən qiymətlər.

Telefona playstore/appstore açmaq, gmail hesabı yaratmaq, bir də xala xətri qalmasın deyə default proqramlara update atmaq qiyməti 30-50 manatdır.

Hələ notebook almısız? Dəhşət! 200-300 manata windows və ofis proqramları yazırlar.

Onsuz da bu adamlara mövcud dəyərindən 30-40% daha baha məhsul satırsınız, üzərinə kommisiya gəlirsiniz, faiz gəlirsiniz, məcazi mənada qırmısınız da belin müştərinin. Niyə manipulasiya edib, pulsuz edilə biləcək şeyləri bu qiymətə yedirirsiniz? (yeni notebooka max 30-40 man xərc çıxır)

Kontaktda işləyən dostlar inciməsin, vicdanı olan hərkəs iş və vəfizəsindən aslı olmayaraq mənimlə razıdır deyə düşünürəm.

Müəllif Elman Mütəllim 

  • Kərimov Camid
    Oktyabr 15, 2024 - 00:11

    Salam
    Sizinlə tamam ilə razıyam. İki Samsung telefon götürdüm. Biri 1 ay digəri 6 ay İşlədi. İşlədiyi yerdə söndü açmadı. Apardım 1 il zəmanət vermələrinə baxmayaraq hec nə qarşılamadılar. Əksinə özümü günahkar çıxartdılar. Hədər yerə pul ödədim

  • Ferhad
    Oktyabr 17, 2024 - 10:26

    Tam raziyam sizinle basima gelib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*