“Kontakt Home” müştəridən ilkin ödəniş üçün 6 manat tələb edib – İDDİAbackend

“Kontakt Home” müştəridən ilkin ödəniş üçün 6 manat tələb edib - İDDİA

“Kontakt Home” mağazalar şəbəkəsi ilə bağlı sosial şəbəkədə daha bir şikayət yayılıb.

KONKRET.az xəbər verir ki, “Kontakt Home” mağazasından ilkin ödənişsiz kreditlə qulaqcıq almaq istəyən müştəridən ilkin ödəniş üçün 6 manat tələb edilib.

Şikayətçi bildirib ki, mağazadan məhsulu 6 aylıq kreditlə almaq istəyib: ““Qara cümə” olduğunu səbəb gətirərək bizdən ilkin ödəniş olaraq 6 manat tələb etdilər. Bir neçə gündür, onlayn çat vasitəsilə mağazanın əməkdaşları ilə danışırıq, məhsullar haqqında məlumat alırıq. İlkin ödəniş barədə bizə məlumat verməyiblər. Məhsullar faizsiz, ilkin ödənişsiz olaraq təqdim edilir. Bu barədə “Kontakt Home”a müraciət edəndə cavab olaraq dedilər ki, “yəqin, işçilərimiz ilkin ödəniş haqqında məlumatları olmadığı üçün sizə yanlış məlumat veriblər…””

Müştərinin paylaşımına “Kontakt Home” belə açıqlama verib: “Yaranmış anlaşılmazlıqla bağlı təəssüf edirik. Öz növbəmizdə müraciətinizi araşdırıb sizə ətraflı məlumat təqdim edək”.

  • İman
    Noyabr 21, 2023 - 16:25

    Hər şeyi işçinin üstünə yıxmaq olmaz. Bu şirkətlə bağlı çoxlu neqativ hallar olur….Çox vaxt vitrində qalmış malları insanlara verirlər. Xidmət “0” səviyyədə….

  • Bahar
    Noyabr 21, 2023 - 22:57

    Nauşniklerniz keyfiyetsiz..40m.nauşnik aldim..1ay işledi..qizil karantide alirsiz telefonda .telefon duzeltdirmeye veririk14-15 gune deyirsiz .geler..qara sosyal sebekesiz telefonda verirsizki zeng aparsin getirsin.bu dovrde o telefonu işleden var? Evezleyici telefonlarnizda yox.birde qarantili nese almaram kontakdan.

  • Səadət
    Noyabr 22, 2023 - 08:42

    Mənimdə başıma gəlib şeş qoşa vaxtı.16 azn qazanmışdım.Həmin 16nı dedim kreditdən çıxarsız çıxmadılar nədəki pulu vermədilər saxtakarlıq edirlər müştərini aldatmaqla.O 16 manatı mənə ödətməyincə əl çəkmədilər.Amma mən zəng edəndə onlara şeş qoşa aksiyasına görə müraciətinizə baxılacaq deyib hər dəfəsində yola verirdilər.Söhbət puldan getmir belə baxanda 16 azn nə pulduki.Sadəcə olaraq bir sözlə saxtakardırlar…

  • Nermine
    Noyabr 22, 2023 - 16:11

    Salam, defelerle kontakt home magazasinnan evimin demek olar ki, butun mehsullarini ordan aliram, cox da super magazadir, iwcileri xususi adama hormetle yanawir, nese deffektli cixanda tez 1 zamanda aradan qaldirirlar, Vallah bu yalan bow daniwanlardan men baw aca bilmiremde. Cox gozel iwcileri var, ozude harda yaxwi mehsul varsa (qiymeti ucuz baha ferqi yoxdur, men bahali istesem, ucuzu daha.meslehetli olsa bele) onuda meslehet gorurler. Odeniwine qaldiqdanise 3 gune qeder vaxt verirler, aldigim krediti 10,15gune qederde odeniwinin vaxtini uzadirlar, daha bu qeder hormetden artiq ne isteyerik ki?

  • Mehman Mugbilov
    Noyabr 22, 2023 - 19:17

    Men infinix note 30 almag istedim gutusunu acmisdilar icinde gulaglig goruyucu susesi yoxuydu deyirler bizde beledi getirib ozleri satirlar

  • Elvin
    Noyabr 23, 2023 - 07:04

    Məndə bir dəfə qızıl zəmanətlə planşet almışdım.plansetin sensoru xarab oldu.servislərinə apardım 15 gündən sonra servis dedi get təzəsini versinlər.getdim dedilər qutusunu gətirmədən verə bilmərik.belə qızıl zəmanət başınıza dəysin.

  • Famil
    Noyabr 23, 2023 - 11:37

    Lənkaran kontakda işcilər cox aqresif danəşılar hömdə ətraflı məlumat vermilər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*