Koreya Azərbaycana 500 min dollar həcmində tibbi avadanlıqlar ianə edibbackend

Koreya Azərbaycana 500 min dollar həcmində tibbi avadanlıqlar ianə edib

Koreya Azərbaycana tibbi avadanlıqlar ianə edib.

KONKRET.az xəbər verir ki, oktyabrın 15-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Koreya hökuməti arasında əməkdaşlığın növbəti mərhələsi baş tutub.

Koreya tərəfindən “Kiçik Həcmli İnkişafa Rəsmi Yardım” proqramı çərçivəsində Gəncə şəhər Birləşmiş Xəstəxanasına tibbi avadanlıqlar ianə edilib. Bu təşəbbüs Azərbaycanda həssas əhali qruplarının, xüsusən də uşaqların sağlamlığını qorumağa və onların tibbi xidmətlərə çıxışını yaxşılaşdırmağa yönəlib.

Layihə Agentlik ilə Koreya hökuməti arasında davam edən səmərəli və uzunmüddətli əməkdaşlığın bir hissəsidir.

Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev təhvil-təslim mərasimində bildirib ki, bu cür layihələr ölkənin səhiyyə sisteminin inkişafına mühüm töhfə verir: “Layihənin əsas məqsədi ölkəmizdə tibbi xidmətlərin həm əlçatanlığını, həm də keyfiyyətini artırmaqdır. Bu avadanlıqlar icbari tibbi sığorta ilə bölgə əhalisinin keyfiyyətli və müasir tibbi xidmətlərə çıxışını təmin edəcək”.

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vurğulayıb ki, Koreya ilə tərəfdaşlıq çərçivəsində ölkədə səhiyyə işçilərinin peşəkar bacarıqlarının artırılması və tibbi avadanlıqların təmin edilməsi istiqamətində mühüm layihələr həyata keçirilir: “Bu əməkdaşlıq səhiyyə sistemimizin davamlı inkişafına və vətəndaşlarımızın sağlamlığının qorunmasına mühüm töhfələr verməkdədir”.

“Ürək-damar xəstəliklərinin müalicəsi üçün tibb mərkəzlərinin ən müasir tibbi avadanlıqlarla təmin edilməsi zəruridir. Bu səbəbdən də səfirliyimiz ürək-damar xəstəlikləri ilə bağlı Azərbaycan vətəndaşlarının təhlükəsiz və səmərəli tibbi xidmətlər ala bilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əl-ələ verərək bu ilki kiçik həcmli inkişafa rəsmi yardım layihəsini həyata keçirir”, – Koreyanın Azərbaycandakı səfiri Li İn-Yonq əlavə edib.

Gəncə şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov, öz növbəsində, aidiyyəti qurumlara göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.

İanə edilmiş avadanlıqlara defibrilyator, anesteziya aparatı, süni tənəffüs cihazı, xəstə monitoru, əməliyyat lampası, əməliyyat masası, elektrocərrahiyyə aparatı, cərrahi aspirasiya aparatı, alət dəsti, infuziya sistemi daxildir.

Əlavə olaraq, reanimasiya şöbəsi üçün reanimasiya çarpayıları, xəstə monitoru, reanimasiya ventilyatoru, defibrilyator, aspirasiya aparatı, pediatriya üçün ultrasəs cihazı təqdim edilib. Reanimasiya və intensiv terapiya bölmələrində istifadə ediləcək avadanlıqlar ölüm riski yüksək olan pasiyentlərin müalicəsi üçün mühüm əhəmiyyət daşıyır. Koreya Hökuməti tərəfindən ianə edilən tibbi avadanlıqların ümumi dəyəri 500 min ABŞ dolları təşkil edir.

Qeyd edək ki, bu təşəbbüs Koreyanın Azərbaycana ilk yardımı deyil. Əvvəlki illərdə də Koreya tərəfindən TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrinə ana və uşaq sağlamlığının qorunması üçün avadanlıqlar ianə edilib, həmçinin COVID-19 pandemiyası dövründə müayinə köşkləri təhvil verilib../report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*