Koreya Respublikası və Çin əməkdaşlığı GÜCLƏNDİRİRbackend

Koreya Respublikası və Çin əməkdaşlığı GÜCLƏNDİRİR

Koreya Respublikası və Çin əməkdaşlıq və mübadilələri gücləndirməyə və qarşılıqlı hörmətə əsaslanan ümumi maraqları davam etdirməyə davam edəcəklər.

KONKRET.az xəbər verir ki, bunu Koreya Respublikasının Prezidenti Yun Sok-yol Çin Xalq Respublikasının (ÇXR) Dövlət Şurasının Baş naziri Li Syan ilə görüşündə deyib.

O qeyd edib ki, son vaxtlar ölkələr nazirlər səviyyəsində müxtəlif sahələrdə dialoqu bərpa edib, regional iqtidar orqanları arasında mübadilələr intensivləşib:

“Ümid edirəm ki, Koreya Respublikası və Çin gələcəkdə əməkdaşlığı gücləndirməkdə və mübadilələri inkişaf etdirməkdə davam edəcək və qarşılıqlı hörmətə əsaslanan ümumi maraqlar üçün səy göstərəcəklər”.

Qeyd edək ki, mayın 26-da Li Syan Seula səfərə gəlib, ertəsi gün Yun Sok-yol və Yaponiyanın Baş naziri Fumio Kişidanın iştirakı ilə üçtərəfli sammit keçiriləcək. Bu, 2019-cu ilin dekabrından bəri bu formatda ilk üçtərəfli görüş olacaq. Prezident Yun Sok-yolun bazar günü Yaponiyanın Baş naziri ilə görüşü planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*