Koronavirusa görə bağlanan 2 məktəbdə tədris bərpa olundubackend

Koronavirusa görə bağlanan 2 məktəbdə tədris bərpa olundu

Bakıdakı 155 və 193 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bu barədə KONKRET.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, hər iki məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur. Tədrisin fasiləsiz təşkili diqqət mərkəzində saxlanılır, mütəmadi olaraq monitorinqlər aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*