Koronavirusa görə bağlanan daha bir məktəb əyani tədrisə qayıdıb.
Bu barədə KONKRET.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, paytaxtdakı 82 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib:
“Məktəbin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb”.