Koronavirusa qarşı vaksinin hazırlanacağı vaxt məlum oldu – RƏSMİbackend

Koronavirusa qarşı vaksinin hazırlanacağı vaxt məlum oldu - RƏSMİ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə vəziyyətlər üzrə proqram direktoru Maykl Rayan insanların 2021-ci ilin əvvəlindən tez olmayaraq koronavirusa qarşı vaksini almağa başlayacaqlarını bildirib.

Bu barədə KONKRET.az RİA “Novosti”yə istinadən xəbər verir.

Rayanın sözlərinə görə, COVID-19-a qarşı vaksinin hazırlanmasında irəliləyişə baxmayaraq, onun alınmasının müddəti ilə bağlı realist olmaq lazımdır.

“Real ssenari ilə insanlar vaksini növbəti ilin birinci yarısından tez olmayaraq almağa başlayacaqlar”, – Rayan “Twitter”də yayımlanan çıxışının gedişatında deyib.

O, həmçinin qeyd edib ki, ÜST vaksinin hamı üçün əlçatan olmasının təminatı üzərində işləyir.

“Bu pandemiyadan vaksinlər zənginlər, kasıblar üçün deyil, onlar hamı üçündür”, – Rayan əlavə edib.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*