Koronavirusa yoluxan tibb bacısı intihar etdi – FOTObackend

Koronavirusa yoluxan tibb bacısı intihar etdi - FOTO

Koronavirusa yoluxan tibb bacısı xəstəliyi başqalarına yoluxduracağını düşünərək intihar edib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı tibb bacısı İtaliyada koronaviruslu xəstələrin müalicə olunduğu xəstəxanada çalışıb.

İtaliyanın Lombardiya əyalətinin Monza şəhərindəki “San Gerardo Hospital”ında işləyən tibb bacısının bu hərəkəti hər kəsi şoka salıb. Onun ölümü ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, İtaliyada 74386 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 5760 nəfəri tibb işçiləridir. Bu günədək xəstəlikdən 7503 nəfər ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*