Koronavirusdan ölənlərin sayı 335 minə çatır – SON RƏQƏMLƏRbackend

Koronavirusdan ölənlərin sayı 335 minə çatır - SON RƏQƏMLƏR

Dünyada 5 197 739 nəfər koronavirusa yoluxub, 334 672 nəfər bu virusdan ölüb,  2 082 639 nəfər isə sağalıb.

KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, dünya ölkələri arasında koronavirusa ən çox yoluxma 1 620 902 nəfərlə ABŞ-dadır.

Qonşu Rusiya siyahının ikincisidir. Bu dövlətdə 317 554 nəfər koronavirusa yoluxub, 3099 nəfər ölüb, 92 681 nəfər sağalıb.

Digər sərhəd qonşularımız Türkiyə virusa yoluxan ölkələr arasında 9-cudur. Bu dövlətdə koronavirus 153 548 nəfərdə aşkar edilib. 4249 nəfər ölüb, 114 990 nəfər sağalıb.

İran 129 341 yoluxma sayı ilə 10-cudur. Ölkədə virusdan 7249 nəfər ölüb, 100 564 nəfər sağalıb.

Azərbaycanda koronavirusa indiyə qədər 3749 nəfər yoluxub, 44 nəfər ölüb, 2340 nəfər isə sağalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*