Koronavirusdan sağalan şəxslərdə daha bir PROBLEM AŞKARLANDIbackend

Koronavirusdan sağalan şəxslərdə daha bir PROBLEM AŞKARLANDI

Böyük Britaniyanın Mançester Universitetinin alimləri koronavirusa yoluxub sağalmış şəxslərdə eşitmə ilə bağlı problemlər aşkar edib.

KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər 121 xəstə üzərində müşahidə aparıb.

Onlardan 16 nəfəri eşitmə qabiliyyətinin zəifləməsi ilə bağlı şikayət edib.

Bu cür problemlər həmin xəstələrdə xəstəxanadan buraxılandan iki ay sonra qeydə alınıb.

Mütəxəssislər hesab edir ki, eşitmənin zəifləməsinə stress və infeksiyaya qarşı istifadə olunan preparatlar təsir edə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*