Moskvada Qurban bayramı zamanı Kokoşkino qəsəbəsində üç yaşlı uşaq gölməçəyə düşüb.
KONKRET.az xəbər verir ki, iyunun 29-da azərbaycanlı ailə üç uşağı və qohumları ilə Brexovo fermasındakı gölməçənin yanında manqal bişirməyə gedib.
Məlumata görə, valideynlər yemək hazırlayarkən uşaqlar yelləncəklərin yanında oynayırmış. Birdən onlar uşaqların ən kiçiyinin yoxa çıxdığını görüblər. Körpənin gölməçəyə düşdüyünü görən valideynlər onu xilas etməyə çalışıb. Uşağın atası və əmisi suya atılaraq azyaşlını ordan çıxarıblar. Körpə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. O, hazırda reanimasiyadadır və özünə gəlməyib.