Körpə ölümlərinin sayı artır – Səbəb nədir?backend

Körpə ölümlərinin sayı artır - Səbəb nədir?

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə körpə ölümü 2039 nəfər olub, bu da ötən illə müqayisədə 959 körpə olub.

Bu körpələrin 1146 nəfəri oğlan, 893 nəfər isə qızdır.

Körpə ölümlərinin sayının artmasının səbəbi nədir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan tibbi ekspert Adil Qeybulla bildirib ki, doğulan uşaqların arasında 1 yaşına qədər olan körpələrin ölüm sayının artması hamiləliyə bağlıdır:

“Hazırda normal hamiləlik hallarında azalma var. Bəzən hamiləlik planlaşdırılmadan baş tutur. Xanımlar heç bir tibbi müayinədən keçmədən hamilə qalırlar. Nəticədə hamiləlik əvvəldən təhlükəli olur. Belə olan halda doğuşa yaxın ana ciddi problemlərlə üzləşə bilər. Belə hallarda ana, uşaq ölümlərinn sayı artır”.

Ekspertin sözlərinə görə, bütün analar hamiləlikdən öncə müvafiq infeksiyalara qarşı vaksinasiyalardan keçməlidirlər:

“Ona görə də müayinə olunmalı, orqanizmin hamiləliyə uyğun olması müəyyən edilməli, hamiləlik nəzarət altında keçməlidir. Pandemiyanın özü də bu məsələyə neqativ təsir göstərdi. Patoloji keçən hamiləliyin sayı çox olduğuna görə təbii ki, 1 yaşına qədər olan körpələrin ölüm sayı artmaqdadır. Bundan başqa, hər bir ölüm halı ayrıca tədqiq edilməli, səbəblər araşdırılmalı, ümumiləşdirilməli, aradan qaldırmaq üçün tədbirlər görülməlidir”.

Aygün Mirakif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*