Pakistan ordusuna məxsus helikopter radarlardan itib.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bəlucistanın Lasbela şəhərində baş verən daşqınla əlaqədar xilasetmə əməliyyatlarında iştirak edən helikopterlə əlaqə kəsilib.
Aviasiya vasitəsinin göyərtəsində 6 nəfər, o cümlədən 12-ci korpus komandiri olub. Helikopterin axtarışları davam edir.